Reklam verin!

Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز

Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل

Blog Haqqında

 

Baybək ArazOğlu

  • Gedən torpaqları qaytarmaq üçün,
    savaşabilmədik sülhə öyündük.
    Babamız qurd idi, ancaq biz bugün,
    əllərdən ot yiyən quzuya döndük.

    گئدن تورپاقلاري قايتارماق اوچون،
    ساواشابيلمه ديک صولحه اؤيوندوک.
    باباميز قورد ايدي، آنجاق بيز بوگون،
    اللردن اوت ييين قوزويا دؤندوک

Sorğu

  • Sizcə Güney Azərbaycan üçün indi hansı daha önəmlidir?




Sayqaç

    • İndi blogda: 2
    • Keçən ayın hiti: 6247
    • Dünənki hit: 125
    • Bugünki hit: 121
    • Ümumi hit: 46906

Müxtəlif

  • baxış
    194

     Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1inci bölüm

    Qoşasəslili sözlərin yazılışı və tələffüzü

    Dilimizdə bəzi sözlər var ki, onlarda iki səsli səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasəslili sözlər adlanır.

    Bu tipli sözlərdə ki səsli qoşalığı ya iki eyni səslidən, ya da iki müxtəlif səslidən ibarət olur. Bu səbəbdən sözlərdəki səsli qoşalığının iki növü fərqləndirilir:

    1.    Eyni səsli qoşalığı

    2.    Müxtəlif səsli qoşalığı

    Eyni səsli qoşalığı Sözün ortasında, bəzən da sonunda; müxtəlif səsli qoşalığı isə sözlərin həm əvvəlində, həm ortasında, həm də sonunda olur. Məsələn:saat, təəccüb, ailə, nüəzzin, səadət, poeziya, müdafiə, rübai, aeroport və s.

    Dilimizdə eyni səsli qoşalığı ilə başlanan söz yoxdur.

    Qoşasəslili sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağı­dakı qaydada olur:

    1. Eynicinsli qoşa səsliləri ifadə edən iki hərf bir uzun səsli kimi tələf­füz olunur. Məsələn: saat - [sa:t], maaş - [ma:ş], camaat­ - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii - [bədi:], təbii - [təbi:] və s.

    Lakin eynicinsli qoşa o səslisi ilə yazılan sözlər vurğusuz halda həm də uzadılmış a kimi [a:] tələffüz olunur. Məsələn: zoologiya [za:logiyaJ, kooperasiya [ka:perasiya] və s.

    2. Tərkibində ai, oi, io, (bəzən də io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu səslilər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə - [ayilə], daima - [dayima], zəif -[zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşe], maneə - [maniyə], təqaüd - [təqayüd], stadion - [stadiyon] və s.

    3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci səsli deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir.

    Məsələn: səadət - [sa:dət], fəaliyyət - [fa:liyət], müavin - [ma:vin], müalicə - [ma:licə], müəyyən – [mə:yyən], müəllim - [mə:llim] və s.

    Qeyd 1: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasəslili mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn səslilərdən birincisi deyilmir, lakin ikincisi üzun tələffüz olunmur:

    Əliağa - [Əlağa], əmioğlu - [Əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu], xalaoğlu - [xaloğlu] və s.

    Qeyd 2: Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual və s. kimi qoşasəslili sözlərdə bu halların heç biri baş vermir.

    DAVAMINA BAXIN!

    Davamı...

    azərbaycan dil türk öyrətim language 

    Görüşlər(3) Azərbaycan dili

     

  • baxış
    244

    ƏLİFBA

    Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.

    Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.

    İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.

    Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.

    Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:

     

    Latin

    Adı

    Nümunə

    Latin

    Adı


    Nümunə

    Aa

    a

    Aaq

    Qq

    qe

    Qulaq

    Bb

    be

    Bütöv

    Ll

    el

    Laxlamaq

    Cc

    ce

    Coşqun

    Mm

    em

    Mağara

    Çç

    çe

    Çiçək

    Nn

    en

    Narın

    Dd

    de

    Dayaq

    Oo

    o

    Oba

    Ee

    e

    Elçi

    Öö

    ö

    Ölçü

    Əə

    ə

    Əmək

    Pp

    pe

    Paltar

    Ff

    fe

    Fışıltı

    Rr

    er

    Rəng

    Gg

    ge

    Güzgü

    Ss

    se

    Səs

    Ğğ*

    ğe

    Dağ

    Şş

    şe

    Şanlı

    Hh

    he

    Haray

    Tt

    te

    Tanıtmaq

    Xx

    xe

    Xəzər

    Uu

    u

    Uzun

    Iı*

    i

    Yağı

    ÜÜ

    ü

    Ünlü

    İi

    i

    İncə

    Vv

    ve

    Varlıq

    Jj

    je

    Jalə

    Yy

    ye

    Yaylaq

    Kk

    ke, ka

    Kəskin

    Zz

    ze

    Zingilti

    *QEYD: Dilimizdə iki hərflə: Ğğ hərfləri ilə söz başlanmır.

    FONETİKA

    Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

    Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səs­lər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edireşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görüryazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

    Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:

    1.  Səslilər(Ünlülər-Saitlər),
       2.  Səssizlər(Ünsüzlər-samitlər).

    Səslilər ağız boşluğunda sərbəstmaneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .

    Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

    DAVAMINA BAXIN!

    Davamı...

    azərbaycan dil əlifba fonetika morfologiya 

    Görüşlər(1) Azərbaycan dili

     

  • baxış
    107

    قاراباغین تاریخی

    Yazar: Baybək ArazOğlu Tarix: İyul 20, 2008 13:38

      قاراباغ نينکي آذربايجانين، حتّی بوتون دونيانين ان قديم تورپاقلاريندان بيريدير. بو اراضيده ان قديم دؤورلره آيد يئرلر آشکار اولونموشدور. 1968-جي ايلده آزيخ ماغاراسيندا آزيخانتروپ آدلي پريميتيو آزيخ آدامي نين چنه سومويو تاپيلميشدير. چوخ گومان کي، آزيخ آداملاري بورادا 250-300 مين ايل بوندان اول ياشاميشلار. بوتون تاريخ بويو قاراباغ آذربايجانين آيريلماز حيصه سي اولموشدور. عرب خيلافتي نين ايشغالي و آلبان دؤولتي نين سوقوتو ايله ويي-ايخ اسرلرده قاراباغين تاريخينده اهميتلي دييشيکليکلر باش وئردي. عرب ايشغالي نين نتيجه سينده آلبانييانين خريستيان اهاليسي نين اکثريتي ايسلامي قبول ائتدي، قالانلاري، خوصوصيله آلبانييانين قاراباغ يوکسکليکلرينده ياشايان اهالي ايسه ايو اسرده آلبانييانين دؤولت ديني ائلان اولونموش خريستيانليقدان ايمتيناع ائتمه دي. خيخ اسرين اوللرينده شيمالي آذربايجان اراضيلري نين روسييا طرفيندن ايشغاليندان سونرا ائچميدزي نين تزييقي و ايصرارلي موراجيعتلري نتيجه سينده روس چاري نين آلبان کاتاليکوسونون لغوي باره ده قراري قاراباغ يوکسکليکلري نين آلبان اهاليسي نين گورجولشديرمه و ائرمنيلشديرمه پروسئسي نين باشلانغيجيني قويدو. قاراباغ ساجيلر، سالاريلر، شدداديلر، آتابيلر، هولاکيلر (ئلخانيلر)، قاراقويونلو، آغقويونلو کيمي عربلرين ايشغاليندان سونرا آذربايجاندا بيري بيريني عوض ائتميش موختليف موسلمان دؤولتلري نين ترکيبينده اولموشدور. 

     

    Davamı...

    آذربايجان قاراباغ اشغال ساواش داغلیق 

    گؤروشلر(0) QaraBağ

     

  • baxış
    117

    آرتيق 5 ايلدير کي، 30 اييون آذربايجاندا سئوگيليلر گونو کيمي قئيد اولونور. 

      1990-جي ايلده قانلي يانوار حاديثه لرينده هلاک اولموش ايلهام و اونون اؤلومونه دؤزميه رک، اؤزونو اؤلدورن فريضه نين توي گونو سئونلرين گونو کيمي ياد ائديلير. بو تاريخ شرق دونياسيندا لئيلي و مجنوندان سونرا يئني بير محبت حئکايه سي نين اساسيني قويدو. 30 اييون آذربايجان خالقي نين تاريخينه و ادبياتينا ايلهام و فريضه داستاني گتيريب. بوتون سئونلري تبريک ائديريک. 

    گون سئوگيلي قاراباغ سئوگی شهید 

    گؤروشلر(1) Azərbaycan kültürü, QaraBağ

     

  • baxış
    123

    Artıq 5 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
    1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş İlham və onun ölümünə dözməyərək, özünü öldürən Fərizənin toy günü sevənlərin günü kimi yad edilir. Bu tarix şərq dünyasında Leyli və Məcnundan sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoydu. 30 iyun Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanı gətirib. Bütün sevənləri təbrik edirik.

    sevgili qarabağ şəhid sevgi gün